Ukrayna bu halda məhv olacaq - KİV

20-09-2021, 08:24           
Ukrayna bu halda məhv olacaq - KİV
Çin Ukraynanın Rusiyaya məxsus gəmilərinin kütləvi şəkildə məhv edilməsi üçün Qara dənizi minalamaq planını yüksək qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə Çinin "Sohu" portalı məlumat yayıb.

Qeyd olunub ki, ölkələr arasında silahlı qarşıdurma yaranarsa, bu, yalnız dəniz toqquşmaları ilə məhdudlaşmayacaq. Məqalədə deyilir ki, Ukrayna minalarla Rusiya donanmasına zərər vura bilsə belə, bunun ardınca Moskvanın güclü cavabı gələcək və bu da qonşu dövlətin məhvinə səbəb olacaq.

İddiaya görə, Kiyev guya ki, Rusiya gəmilərinə zərbə endirməyi planlaşdırır. Əslində isə bu plan NATO-dan silah almağa hesablanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.