Azərbaycanımızın Görkəmli Oğulları - Yaqub Qulu Quliyev və Qulam Qulu oğlu Qulyev qardaşlarını tanıyırsınızmı?

Dünən, 17:04           
Azərbaycanımızın Görkəmli Oğulları -
Əslən Şuşalı olan Quliyevlər Türkmənistanda böyüyüb, SSRİ dövründə böyük uğurlara imza atıblar. Böyük qardaş Y. Quliyev Sovet süvari hərbi birləşmlərinin komandiri, general-mayor (11.02.1942). Bir çox sovet mənbələri onu Böyük Vətən Müharibəsi illərində bu ada layiq görülmüş ilk azərbaycanlı general hesab edir. Sovet dönəmində xüsusi ilə 2-ci dünya müharibəsində diviziya komandiri, Cəbhə komandiri müavini və s. kimi yüksək hərbi vəzifələrdə xidmət edib, bir çox dövlət ordenləri ilə mükafatlandırlıb. 1942-ci ildə döyüşlərdə həlak olmuç və Türkəmistanın Marı şəhərində dəfn edilib.
Q.Quliyev isə 1980-cii illərə qədər SSRİ-də bir sıra yüksək vəifələrdə çalışıb. Belə ki, Marı Rayon Partiya Komitəsinin (raykom, RK) katibi, Aşqabad şərab zavodunun direktoru, Türkmənistan SSR Qida Sənayesi Xalq Komissarı, 1941-ci ildən isə əlahiddə süvari hərbi birləşlərinin hərbi komissarı vəzifələrində çalışmışdır. O, həm də Türkmənistan SSR Ali Sovetinin (de-fakto parlament) deputatı idi.

Quliyev eyni zamanda Türkmənistan SSR Hərbi Komissarlığının siyasi şöbəsinin rəis müavini, Türkmənistan SSR Hərbi Komissarlığının siyasi şöbəsinin rəisi (1945), Türkmənistan SSR hərbi komissarının müvəqqəti səlahiyyətlərini icra edən (1945-ci il avqust) vəzifələrində də çalışıb. 1945-ci ildə Quliyevə polkovnik-leytenant rütbəsi verilib.
1946-cı ildə Qulam Quliyev Aşqabad Vilayət İcraiyyə Komitəsinin (İcraiyyə Komitəsinin) sədri seçilib. Sonralar Türkmənistan SSR Ət və Süd Sənayesi Naziri və Bağçılıq Trestinin müdiri vəzifələrində çalışmışdır.
1959-1967-ci illərdə Quliyev Türkmənistan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəliyinin böyük məsləhətçisi və Türkmənistanın Material və Avadanlıqlarla Təchizat Baş İdarəsinin (Türkmənqlavsnab) Moskva bölməsinin rəisi olmuşdur.
Ahmed N. Abbasbeyli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.