Messi tarixin ən yaxşı oyunçusu seçildi

19-05-2025, 17:18           
Messi tarixin ən yaxşı oyunçusu seçildi
Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən futbol tarixinin ən yaxşı oyunçusu seçilib.

IFFHS-ə görə tarixin ən yaxşı 10 futbolçusu arasında Pele 2-ci olub. Maradona isə siyahıda ilk üçlüyü tamamlayıb.

Siyahını təqdim edirik:

1. Lionel Messi (Argentina).
2. Pele (Braziliya).
3. Maradona (Argentina).
4. Kriştianu Ronaldo (Portuqaliya).
5. Yohan Kruiff (Hollandiya).
6. Ronaldo (Braziliya).
7. Zinəddin Zidan (Fransa).
8. Frans Bekkenbauer (Almaniya).
9. Alfredo Di Stefano (Argentina/İspaniya).
10. Ronaldinyo (Braziliya).

Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top”u və dörd dəfə Çempionlar Liqasını qazanıb. 2022-ci ildə hücumçu Argentina millisinin tərkibində dünya çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru