Vəziyyəti pisləşən Əvəz Zeynallı təcili xəstəxanaya yerləşdirildi

20-05-2025, 09:24           
Vəziyyəti pisləşən Əvəz Zeynallı təcili xəstəxanaya yerləşdirildi
Tanınmış jurnalist, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının Türkiyədə vəziyyəti pisləşib.

TEREF xəbər verir ki, bu barədə Musavat.com-a jurnalistin xanımı Məlahət Zeynallı deyib.
O bildirib ki, Əvəz Zeynallı ötən gün İstanbulda xəstəxanaya yerləşdirilib:

“Mən hazırda Bakıdayam, qızım və Əvəz bəyin bacısı onu xəstəxanaya yerləşdiriblər. İmmuniteti çox aşağıdır, ona maskasız gəzmək olmaz. Ola bilsin ki, orqanizmində mikrob var. Dünən qəfil halı pisləşib. Həkimlər analizlərin cavabından sonra bir söz deyə biləcəklər. İndi mikrobu bədənində zərərsizləşdirməyə çalışırlar.

Ankarada onkoloji xəstəliyi ilə bağlı müalicə hazırlaşırdı, ancaq vəziyyəti elə pis olub ki, İstanbulda təcili xəstəxanada yatırmalı olublar. Hamımız səbirsizliklə vəziyyətinin düzəlməsini gözləyirik”.

Xatırladaq ki, ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı bu il aprelin 25-də vaxtından əvvəl azadlığa buraxılıb. Jurnalist 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru