Pompeydə uşaqların çəkdiyi antik divar rəsmləri tapılıb-FOTO

19-05-2025, 16:34           
Pompeydə uşaqların çəkdiyi antik divar rəsmləri tapılıb-FOTO
Arxeoloqlar İtaliyanın Neapol şəhəri yaxınlığındakı qədim Pompeyin xarabalıqlarında yeni divar rəsmləri aşkar ediblər.

Divar rəsmlərində qladiatorların döyüş səhnəsi və ov səhnələri əks olunub. Arxeoloqlar cizgilərin primitiv xarakterli olduğunu əsas gətirərək bunun 8-10 yaşlı uşaqlar tərəfindən edildiyi qənaətinə gəliblər.

Psixoloqlar isə qədim Pompeydə insanların bir-birinə və heyvanlara qarşı zorakılığının adi hal olduğunu bildirirlər. Onların fikrincə bu zorakılıq uşaq yaşlarından yaddaşlara həkk olunur.

Qeyd edək ki, Pompey şəhəri təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru