"Onlar atəşkəslə bağlı danışıqlara başlayacaq"

20-05-2025, 09:08           
"Onlar atəşkəslə bağlı danışıqlara başlayacaq"
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bəyan edib ki, Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəs və münaqişənin yekunlaşdırılması ilə bağlı danışıqlara başlayacaq.

TNS xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar”, – Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru