ÜST pandemiya sazişini qəbul etdi

20-05-2025, 09:26           
ÜST pandemiya sazişini qəbul etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv ölkələri təşkilatın Assambleyasının 78-ci sessiyasında pandemiyalarla mübarizə sazişinin qəbul edilməsi üçün səs veriblər.

TASS xəbər verir ki, sessiya 19-27 may tarixləri arasında Cenevrədə keçirilir.

Saziş layihəsi mayın 20-də Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında rəsmi şəkildə qəbul ediləcək. Qeyd edilir ki, sazişin qüvvəyə minməsi iki il ərzində uzana bilər, çünki patogen mübadiləsi ilə bağlı əlavənin razılaşdırılması və dövlətlərin sazişi ratifikasiya etməsi tələb olunacaq.

Pandemiyalarla mübarizə haqqında sazişin məqsədi gələcək pandemiya təhdidlərinə qarşı qlobal əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası 194 dövlətin üzv olduğu ÜST-nin əsas idarəetmə orqanıdır. Hər il, adətən may ayında, ÜST-nin bütün ölkələrinin nümayəndələri təşkilatın prioritetlərini və siyasətini razılaşdırmaq üçün toplaşırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru