Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR - Əgər bir araşdıran olsa...
Bu gün, 09:28

Son üç ayda Ordubad Rayon İcra Hakimiyyəti və ona bağlı qurumlar ümumilikdə 5.329.162,09 manat dəyərində satınalma müqavilələri bağlayıb. Tenderlər əsasən kənddaxili avtomobil yollarının əsaslı təmiri və müxtəlif avadanlıqların alınması ilə bağlı olub.
32gun.az xəbər verir ki, qaliblərdən biri cəmi 5 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir, digərinin isə 10 manat nizamnamə kapitalı var.
Tender qalibləri və müqavilə detalları:
"TESTTECH" MMC
Satınalma: Maşın və avadanlıqların alınması
Məbləğ: 48.545,2 AZN
Başlama tarixi: 19.05.2025
Şirkətin qanuni təmsilçisi Amid Ağayev Ağalar oğlu, nizamnamə kapitalı isə cəmi 5 AZN təşkil edir.
"Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC
Satınalma: Kənddaxili yolların əsaslı təmiri Ümumi məbləğ: 5.215.480,89 AZN (3 tender üzrə)
Gənzə və Anabad kənd yolları – 2.768.677,2 AZN
Qoşa Dizə və Kələntər Dizə yolları – 1.246.538,69 AZN
Aza və Darkənd yolları – 1.200.265 AZN
Başlama tarixləri: 05.03.2025 və 04.04.2025
Şirkətin qanuni təmsilçisi Cəfər Muxtərov Məhərrəm oğludur. MMC-nin nizamnamə kapitalı 1400 AZN-dir. Hazırda şirkətin 21.599,98 AZN vergi borcu mövcuddur.
CASPIAN SUPPLIES AZE" MMC
Satınalma: Maşın və avadanlıqların alınması
Məbləğ: 65.136 AZN
Başlama tarixi: 10.03.2025
Şirkətin qanuni təmsilçisi Tariyel Vahabov Tofiq oğludur. Nizamnamə kapitalı cəmi 10 AZN-dir.
Xatırladaq ki, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlidir.
Maliyyə gücü və hüquqi statusu zəif olan şirkətlərin bu qədər böyük dövlət sifarişlərini qazanması, həmçinin vergi borcu olan müəssisələrin satınalmalarda iştirak etməsi ictimai nəzarət və şəffaflıq baxımından suallar doğurur.