Dünyanın ən böyük qulaqları eşitmək üçün deyilmiş

19-05-2025, 17:34           
Dünyanın ən böyük qulaqları eşitmək üçün deyilmiş
Qurudakı ən iri məməlilər olan fillər heyvanlar aləminin ən böyük qulaqlarına malikdirlər və bunun çox vacib bir səbəbi var.

Oxu.Az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Afrika fillərinin qulaqlarının uzunluğu 2 metr, eni isə 1.2 metrə çatır. Lakin fillər üçün nəhəng qulaqların əsas əhəmiyyəti onları sərinlətməkdən ibarətdir.

Miçigan Universitetindən Uilyam Sandersin sözlərinə görə, fillərin bədəni çoxlu istilik hasil edir. İnsanlardan fərqli olaraq fillər tərləmirlər. Əvəzində onların nəhəng qulaqları soyuducu kimi çıxış edir. Fil qulaqları iri qan damarları ilə doludur ki, bu da onların istiliyi tənzimləməsinə kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru