Hər saniyə kainatda neçə ulduz partlayır?

19-05-2025, 17:54           
Hər saniyə kainatda neçə ulduz partlayır?
Alimlərin hesablamaları göstərir ki, kainatda hər saniyədə çox sayda supernova partlaması baş verir, lakin bu rəqəmlər geniş diapazonda dəyişir və müəyyən amillərdən asılıdır.

Oxu.Az xəbər verir ki, bununla bağlı "IFLScience" məlumat yayıb.

Supernovalar kainatdakı ən güclü və parlaq partlayışlardan biridir. Adi supernova partlaması kütləsi Günəşdən ən azı 8 dəfə böyük olan ulduzun məhv olmasına səbəb olur.

Alimlərin hesablamalarına görə, kainatda orta hesabla hər saniyədə 130 supernova partlayışı baş verir, lakin bu rəqəm 13-dən 1 270-ə qədər dəyişə bilər.

Qeyd edək ki, görünən kainat təxminən 93 milyard işıq ilini əhatə edir (1 işıq ili təxminən 9.5 trilyon kilometrdir). Son təxminlərə görə, kainatda 2 trilyon qalaktika var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru