Kanadalı bloqerin yığdığı "iPhone" yenisindən xeyli ucuz başa gəlib

19-05-2025, 17:44           
Kanadalı bloqerin yığdığı "iPhone" yenisindən xeyli ucuz başa gəlib
Kanadalı bloqer "Phone Repair Guru" brendinq, qablaşdırma və marketinq qiymətlərini nəzərə almadan "iPhone 13 Pro" komponentlərinin real qiymətini müəyyən etmək üçün eksperiment keçirib.

Gazeta.ru xəbər verir ki, o, bu məqsədlə "AliExpress" platformasında lazımi komponentləri alıb və cihazı özü yığıb.

Hissələrə çəkilən xərclərin ümumi məbləği 373 dollar təşkil edib. Bu, pərakəndə mağazalarda təmir edilmiş "iPhone 13 Pro"nun qiymətindən xeyli azdır və yeni cihazın qiymətindən bir neçə dəfə aşağıdır.

Hissələrin yığılmasındakı çətinliyə baxmayraq, smartfon uğurla işə salınıb. Kamera, "FaceID" sistemi və ekran kimi əsas funksiyaların işlək olduğu aşkar edilib. Bəzi elementlər, məsələn, vibrasiya mühərriki daha aşağı intensivlikdə işləyib. Buna baxmayaraq, yığılmış cihaz bütövlükdə tam funksionallıq nümayiş etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru