Şimali Makedoniyanın böyük şəhərləri işıqsız qaldı

Dünən, 16:44           
Şimali Makedoniyanın böyük şəhərləri işıqsız qaldı
Şimali Makedoniyada enerji şəbəkəsində iri qəza baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, qəzanın səbəbi 400 kV-luq regional elektrik ötürücü şəbəkədə gərginliyin artması olub. Bu, bir neçə stansiyada transformatorların sıradan çıxmasına və elektrik enerjisinin kəsilməsinə yol açıb. Hazırda ölkədə bərpa işləri davam etdirilir.

Agentliyin məlumatına görə, qəza nəticəsində Şimali Makedoniyanın bir neçə böyük şəhərində işıqlar sönüb.

Qeyd edək ki, aprelin 28-də İspaniya, Portuqaliya və Fransanın bir sıra bölgələrində genişmiqyaslı elektrik kəsintisi baş vermişdi. Həmin vaxt demək olar ki, bütün banklar, kafelər və mağazalar bağlanmış, mobil rabitədə fasilələr müşahidə olunmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.