Harınlamış məmurun səlnaməsi və ya Elmar Vəliyev bir kəndi necə işğal etdi? (ARAŞDIRMA)
16-04-2016, 21:43
Bir məmurun qiyməti on milyonlarla ölçülən villalar kompleksi və Vətən üçün canından keçən şəhidlərimizin evləri…
Göygöl rayonunun gözəl bir güşəsi olan Mixaylovka kəndində olanlar bu kəndin qonşu kəndlərdən kəskin fərqləndiyini yaxşı bilir. İlkin olaraq Rusiyadan köçürülmüş molokanlar tərəfindən XIX əsrdə salınan bu səliqəli kənd hal-hazırda Elmar Vəliyevin qeyri-rəsmi iqamətgahına çevrilib.
Gəncədə iş adamlarına qoyulan çoxsaylı “haqq”lar və Gəncəyə ayrılan milyonlarla büdcə vəsaitləri hesabına gözü doymayan məmur Mixaylovkada özünə nəhəng villalar kompleksi tikdirib.
Bu malikanənin tikintisində istifadə olunan tikinti materialların böyük əksəriyyəti, hətta villaların ərazisində və ətrafında quraşdırılan işıq dirəkləri və yerə döşənən daşlar belə “təsadüfən” Gəncənin abadlaşdırılması üçün ayrılanlarla eynilik təşkil edir…
İcra Hakimiyyətində çalışan etibarlı mənbəmizdən aldığımız məlumata görə, hətta iki il əvvəl Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev Park Kompleksinə ayrılan büdcə vəsaitləri hesabına gətirilən bahalı dekorativ ağac və kollar belə “ata malı kimi” tən yarı bölünərək icra başcısının bağ evinə yollanılırmış.
İndi həmin villaların hektarlarla ölçülən həyətində əkilən dekorativ kollar və ağaclar Heydər Əliyev parkında əkilən güllər və ağaclar ilə eynilik təşkil edir.
Xatırladaq ki, Elmar Vəliyev hələ Yevlaxda işləyən müddətdə Mixaylovkada ev alaraq əsaslı təmir etdirmişdi.
Lakin Gəncəyə İcra başcısı təyin olunandan dərhal sonra o, qisa müddətdə qonşuluqda olan bütün əraziləri həyasızcasına zəbt edərək kəndin yarısına yiyələndi.
Qısa bir vaxtda burada milyonlarla haram pullar hesabına 6 nəhəng 3-5 mərtəbə arası olan villalar, bir neçə köməkçi tikili, çoxsaylı şəlalələr və süni çaylar sistemi inşa etdirdi. Yeri gəlmişkən onu da qeyd edək ki, Vəliyev ərazidən keçən kiçik çayı da torpağına qataraq “özəlləşdirib”…
Hazırki nəhəng iqamətgah kompleksinin böyük hissəsini Elmar Vəliyev Göygöl rayonun Mixaylovka və Yeni Zod kəndlərinin bələdiyyələrin sosial prespektivi üçün nəzərdə tutulan hektarlarla torpaq sahələrini qeyri-qanuni olaraq həyasızcasına zəbt edərək tikdirmişdir.
Ucu-bucağı görünməyən bu ərazi 4-5 metrlik qala divarları ilə əhatələnərək, hazırda ancaq Hollivud filmlərində gördüyümüz narkobaronların qəsrlərini xatırladır…
Adı çəkilən kəndlərin sakinləri dəfələrlə Goygöl rayon icra başçısına ərazilərinin Elmar Vəliyev tərəfindən zəbt edilməsi ilə bağlı müraciətlər etsələr də heç bir tədbir görülməyib.
Hətta həmin villaların tikilməsindən sonra Hacıkəndə yaxın Alma bağı ərazisindən Yeni Zod kəndinə gələn 4 km su boru xətti indi ancaq Elmar Vəliyevin villasının şəlalərinə və baseyninə axır.
Yeni Zod kəndinin camaatı isə su uzunə həsrət qalıblar və bu üzdən köçmək məcburiyyətində qaldqlarını deyirlər.
İş o yerə çatıb ki, icra başcısınaın qonşuluğunda yaşayan kənd sakinləri Elmar Vəliyevin qolçomaqlılarının qorxusundan onun razlığı olmadan digər sakinlərinə nə torpaq, nə də ki, mülklərini sata bilərlər.
Başqa maraqlı fakt ondan ibarətdir ki, kənd sakinlərinin dediyinə görə, Elmar Vəliyev villaların tikintisi zamanı yalandan bu qəsrin guya ölkə başcısına hədiyyə tikdirdiyini söyləyərək onların sakit durmasına nail olubmuş … Və bu ilk dəfə deyil bu məmur yalandan Prezidentin və ölkənin birinci xanımının adından istifadə edərək öz şəxsi maraqları üçün müxtəlif qanunsuz əməllər edir. Növbəti yazımızda daha bir real faktı nəzərinizə çatdıracayıq.
Yəni Elmar Vəliyev öz çirkin əməllərini və çoxsaylı cinayətlərini ölkə başcısının və onun ailəsinin adı altında etməyə çəkinməyəcək qədər harınlamış bir məmurdur!
İstənilən halda, ölkə rəhbərliyi və hüquq-mühafizə orqanları tezkilə Elmar Vəliyevin aşıb-daşan cinayətlərinə qarşı real addımlar atmalıdırlar!
Yoxsa sonunda bu özbaşınalıqların çox ağır fəsadlarla nəticələcəyi şübhəsizdir…
Mənbə: Gəncə Müstəqil İnformasiya Portalı
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!