“Ağ ölüm”: Qadınlar bu tələyə necə düşürlər?

18-03-2023, 00:13           
“Ağ ölüm”: Qadınlar bu tələyə necə düşürlər?
Son illər Azərbaycanda qadın narkomanların sayının artdığı bildirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12 904 nəfər istiqamətləndirilib.

Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 1041 nəfər yeni qeydiyyata götürülüb.

Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılıb.

Bundan öncəki statistikalarda qadınlarla bağlı müəyyən saya rast gəlinmir. Bu da narkotikdən istifadə edən qadınların sayının əhəmiyyətli dərəcədə aşağı olmasından xəbər verir.

Bəs qadınların narkotikdən istifadə etməsinin səbəbləri nədir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan narkomaniya üzrə ekspert Emil Maqalov bunun bir çox səbəblərini açıqlayıb.

O, əsas səbəb kimi narkotik vasitələrin daha asan istifadə edilə bilməsini göstərib:

“Əvvəllər də qadınlar bundan istifadə edirdilər, sadəcə mentalitet, ailə dəyərləri daha güclü idi. Eləcə də əvvəllər hər kəsin əlində mobil telefon yox idi, nəyisə çəkib internetə vermirdilər, cəmiyyət də bunu görmürdü.

Əvvəl narkotikdən istifadə edənlər az idi, ona görə ki, əvvəlki narkotikləri istifadə etmək üçün onlara müəyyən qatqı qatmaq lazım olurdu. Bu həm vaxt aparırdı, həm də hər hansı bir əşya tapılmadığından istifadə etməkdən çəkinirdilər. Hazırki kimyəvi, sintetik narkotiklərin istifadəsi üçün heç nə laızm deyil. Bunu hər cür istifadə eləmək olar. Əsas məsələ narkotikin istifadəsinin asanlaşması oldu”.

Ekspert narkotikdən istifadə edən qadınların sayının artmasında digər amilin isə İranla bağlı olduğunu qeyd edib:

“İkinci əsas məsələ İranla sərhəd olmağımız və İranın dünyanı narkotik xaosuna salmasıdır. Narkotikə qurşanan qadınların bəziləri “patı”, "şüşə" peyda olanda dedilər ki, adamı arıqladır.

Gözəllik salonlarında bunu təklif elədilər. Bəziləri ya bilərəkdən, ya da bilməyərəkdən qəbul edirdi. Amma xəstələr necə arıqlayırlar o formada arıqlayırlar.

Yəni bədənin hər hansı bir orqanı funksiyası itirdiyindən bədən zəiflədiyi üçün arılayırsan. Dəfələrlə istifadə edib ölənlərimiz də az deyil. Bunların arasında həm qadınlar, həm də kişilər var.

Narkotik vasitələri ilk dəfə 1893-cü ildə yapon alimi bunu kamikadzelər üçün düzəltdi və I və II Dünya Müharibəsində istifadə olundu.

Üçüncü məsələ isə İran casusları sosial şəbəkə vasitəsilə qadınlarla tanış olurlar və yaxud İrana gedən qadınlarımızı “verbofka” edirlər və Azərbaycana gəldikdə onlardan narkokuryer kimi istifadə etməyə başlayır.

Bir dəfə 300, daha sonra 500 manat pul verir. Pul verdikdə asılı vəziyyətə və yaxud daha asan yolu narkotikdən istifadə etdirir və narkotik vasitələrdən 4-5 dəfədən sonra böyük ağrılar verir.

Böyük ağrıları dərman üçün narkotik vasitə ağrıkəsici dərmana çevrilir. Bu ağrıkəsici dərmanı satmaq üçün istənilən qadın, kişi istənilən yola gedəcək. Bu yolla onları cəlb etmək və onlardan istifadə edirlər.

Daha bir səbəb isə qadınların həyat yoldaşı, sevgilisi, əhatə dairəsindəki insanların bundan istifadə etməsidir. Eləsi olur ki, bunu yoxlayır və yoxladıqdan sonra artıq geriyə yol olmur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.