Ölkəyə əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir

13-05-2025, 11:08           
Ölkəyə əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir
Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edilib.

İndex.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri idxal gömrük rüsumuna cəlb olunmur.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru