"Google" gələcəyin enerjisini seçdi: Süni intellekt üçün atom stansiyaları tikir

13-05-2025, 11:18           
"Google" gələcəyin enerjisini seçdi: Süni intellekt üçün atom stansiyaları tikir
"Google" şirkəti atom enerjisi sahəsində ixtisaslaşan "Elementl Power" şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb. Tərəfdaşlığın məqsədi ABŞ ərazisində üç yeni atom elektrik stansiyasının (AES) inşasıdır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Tech Xplore" nəşri məlumat yayıb.

Bildirilir ki, layihənin əsas məqsədi süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda artan enerji tələbatını qarşılamaqdır. "Google" ilkin maliyyələşdirməni təmin edəcək.

Planlaşdırılır ki, hər bir stansiyanın gücü azı 600 meqavat olacaq ki, bu da irihəcmli ənənəvi elektrik stansiyalarına bərabərdir.

Qeyd edək ki, son illər "Microsoft" və "Amazon" kimi texnoloji şirkətlər də enerji intensiv məlumat mərkəzləri üçün aşağı karbonlu və sabit enerji mənbəyi kimi atom enerjisinə maraq göstərirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru