İmperatorun saatı 5 milyon dollara satıldı... - O, sonuncu imperator olub

25-05-2023, 09:54           
İmperatorun saatı 5 milyon dollara satıldı... -
Çinin sonuncu imperatoru Pu İyə (1906-1967) məxsus “Patek Philippe” saatı Honkonqda
keçirilən hərracda 40 milyon Honkonq dollarına (təxminən 5,1 milyon ABŞ dolları) satılıb.
Bu barədə “South China Morning Post” məlumat yayıb.
Söhbət 86 yaşı olan “Reference 96 Quantieme Lune” saatından gedir. Onların hərracda ümumi
qiyməti komissiyalar daxil olmaqla 48,9 milyon Honkonq dolları (təxminən 6,27 milyon ABŞ
dolları) təşkil edib.
Lotu telefonla təklif verən anonim kolleksiyaçı alıb. Qəzetin yazdığına görə, o, sonuncu dəfə
təklifi dərhal 10 milyon Honkonq dolları (təxminən 1,28 milyon ABŞ dolları) qaldırıb.
Hərrac zamanı saatlarla yanaşı, imperatorun digər şəxsi əşyaları da satılıb: yelpik, qeyd
kitabçası, həmçinin onun qohumlarından birinin rəsmləri.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.