Gürcüstanda və Azərbaycanda "pampers" qiymətlərinin böyük fərqi nədəndir?

30-05-2023, 09:54           
Gürcüstanda və Azərbaycanda "pampers" qiymətlərinin böyük fərqi nədəndir?
Tiflisdə olanların hər dəfə, yəqin ki, gündə 3-5 keçdiyi küçə var - Leselidze, tarixi küçədir, turistik məkandır. O küçədə Şardanedən üzü Rustaveli pr-nə qalxanda, təqribən yolun ortasında kərpiçdən tikilmiş tarixi bir bina var. Bəlkə də 15 ildir hasara alınıb təmir edilir, amma iş hələ bitməyib. Bayaq ordan keçəndə bir işçinin üst-başı toz kənarda siqaret çəkdiyini gördüm, həmən xatırladım ki, son 10 ildə hər dəfə Tiflisdə olub o küçədən keçəndə eyni mənzərəni görmüşəm - maraq güc gəldi, yaxınlaşıb soruşdum, təsdiq etdi ki, 7 ildən çoxdur burda işləyir. Zarafatla ona dedim ki, elə mən hər dəfə burdan keçəndə səni siqaret çəkən görürəm, ona görə də yəqin təmir bitmir...
Gülüb cavab verdi ki, "brat, soldat spit, slujba idet, zarplatu poluchayu je".
İşləməklə heç araları yoxdur, sistemləri iş görmək üçün uyğundur, vergi-gömrük siyasətləri yaxşıdır, amma işləmək həvəsləri yoxdur.
Dünən də bir iş adamı ilə söhbət etdim, deyir ki, bizdə uşaq yeməkləri və bezləri, hətta uşaq üçün kağız nəm dəsmallar 0 rüsumla idxal olunur. Mal gələndə gömrüyə getməyə belə ehtiyac olmur, online sənədləşdirib təslim alacağım yeri qeyd edirəm, birbaşa anbara gəlir, hələ problem yaşamamışam.
Sərhəd açıq olanda hər kəsin ölkəyə əlində "pampers" gətirdiyini xatırlayırsız da, səbəb rüsum-vergi siyasətidir, bizdə ölkəyə eyni mal daxil olan kimi 15% rüsum, 18% ƏDV üzərinə gəlir, hələ bir Gömrük deyir ki, nəsə "invoys" düz deyil, qiymət qoyub yenidən hesablayacam. Ona görə "pampers" od qiymətinədir. Bizdə insanımız çalışqan, sistemimiz isə zaydır.
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.