Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu - FOTO

17-04-2024, 15:28           
Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu - FOTO
ABŞ-nin Florida ştatında bir evin üzərinə düşən və damını deşən obyekt Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmos tullantılarıdır.

Bu barədə NASA-nın saytında məlumat verilib.

Qeyd olunub ki, evin damı 2021-ci ilin mart ayında stansiyadan atılan nikel-metal hibrid batareya bloku ilə deşilib. Mütəxəssislərin hesablamalarına görə, istismar müddəti bitən və ümumi çəkisi təxminən 2,6 ton olan batareyalar atmosferdə tamamilə yanmalı idi. Lakin nəsə səhv gedib - qalıqlar üç il orbitdə dövrə vurub, sonra da yarımçıq yanıb.

“Obyektin 2024-cü il martın 8-də Yer atmosferinə yenidən daxil olarkən tamamilə yanması gözlənilirdi. Bununla belə, avadanlığın bir hissəsi davam gətirib və Neapol şəhərindəki evə çırpılıb”, - deyə NASA izah edib. Düşmüş metal parçasının çəkisi təxminən 700 qram olub.
Qalığın atmosferə daxil olarkən məhv olmamasının səbəbini müəyyən etmək üçün ətraflı araşdırma aparılacaq.






Mənbə: İz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru