Haniyəyə sui qəsdin yeni versiyası: “Haniyə Tehrandakı qonaq evinə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb“

2-08-2024, 08:34           
Haniyəyə sui qəsdin yeni versiyası: “Haniyə Tehrandakı qonaq evinə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb“
İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.

Bu barədə "New York Times" bir çox mənbəyə istinadən xəbər verir.

Məlumata görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib və onun otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.

Sui-qəsd Tehranın şimalındakı Neşat kompleksindəki qonaq evində baş verib. Kompleks İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur və mühafizə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru