Çin necə dünyanın orqan köçürmə mərkəzinə çevrildi?
Bu gün, 00:07
Amerikada sürücülük vəsiqəsi verilən zaman vətəndaşların çoxu hansı orqanını hədiyyə etməsi ilə bağlı orda qeyd edir. Ölümündən sonra daxili orqanlarını bağışlamaq istəyən insanlar üçün Amerikada vahid mərkəzi sistem yaradılıb ki, həm donor, həm də orqana ehtiyacı olan insanlar hara müraciət etməli olduqlarından xəbərdar olsunlar.
Buna baxmayaraq Amerikada və digər ölkələrdə orqan tapılması müşkül işdir, bəzən bir orqan nəqli üçün 5 ilə qədər gözləmək olur. Buna görə də bütün dünyada orqan köçürülməsi problem ilə yaşayan insanlar Çin Xalq Respublikasına axın edirlər.
1999-cu ilə qədər Çində yalnız 150 transplantasiya klinikası var idi. 2007-ci ildən etibarən Çində 1000-dən çox klinikada orqan transplantasiyası həyata keçirilir, ildə 60.000 ilə 100.000 arasında əməliyyat edilir. Çin həyati orqanlara təcili ehtiyacı olan hər kəs üçün dünyanın mərkəzinə çevrilib.
Canlı donordan alına bilməyən orqanın uzun müddət gözləməsi Çin xəstəxanalarının nəhəng canlı orqan bankının olduğunu sübut etdi. Lakin bu orqanların asanlıqla əldə edilməsi məsələsi bütün dünyanı şoka salan araşdırmalardan sonra məlum olur.
Çində orqanlar üç yolla əldə edilir
1) Edam cəzasına məhkum edilən şəxslərin orqanların zorla çıxardırlar. Tarixən Çində ölümdən sonra orqanların bağışlanması ənənəsi olmayıb və buna baxmayaraq ölüm hökmü icra edilməzdən öncə qeyri-qanuni əməliyyatlar edərək məhkumların orqanlarını çıxardıblar.
2) Siyasi baxışlarına görə izlənən və həbs edilən Uyğur türklərinin həbsxanalarda zorla çıxarılan orqanlarını satışa qoyublar.
3) 2006-cı ildə məlum oldu ki, Çində həbsdə olan Falun Qonq ardıcıllarının orqanları varlı xəstələrə transplantasiya üçün zorla götürülür. Canlı orqan donoru kimi vicdan məhbuslarından istifadə edilir. Cinayətləri ört-basdır etmək üçün qurbanların cəsədləri yandırılır.
Bu hesabatların ortaya çıxmasından sonra kanadalı hüquq müdafiəçiləri - hüquqşünas D.Matas və Asiya-Sakit Okean regionu üzrə keçmiş dövlət katibi D.Kilqour müstəqil araşdırmaya başlayıblar. Onlar Çində yüzlərlə xəstəxananın transplantasiya proqramlarını, xəstəxana saytlarını, tibbi jurnalları və s. öyrəndilər. 2016-cı ildə çinli ekspert İ.Qutmanla birlikdə “Qanlı məhsul. Qəssabxana. (Hesabatların yenilənmiş variantı)”, bu göstərir ki, ÇXR-də 2000-ci ildən bəri hakimiyyətin iddia etdiyi kimi ildə 10.000 deyil, 60.000 ilə 100.000 arasında transplantasiya həyata keçirilir.
Çin həbsxanalarındakı vicdan məhbuslarından kütləvi şəkildə orqanların zorla alınması xəbəri bütün dünyada məlum olduqdan sonra bütün dünyada hökumətlər transplantasiya turizmini məhdudlaşdıran qanunlar qəbul etdilər. Onlar həmçinin Çində orqanların məcburi alınmasını pisləyən qətnamələr qəbul ediblər.
Çin Orqan Yığım Tədqiqat Mərkəzinin son hesabatına əsaslanaraq, Çin əksəriyyəti Falun Qonq praktikantları olan vicdan məhbuslarından zorla toplanan donor orqanlarının irimiqyaslı qanunsuz ticarəti ilə məşğul olmaqda davam edir.
Falun Qonq sözçüsü Erpinq Zhang bildirib ki, bu cinayətlər “Çində ən yüksək səviyyəli hökumətin nəzarəti altındadır”.
Zaur Aliyev
TEREF