Mars Qırmızı planetə necə çevrilib?

26-02-2025, 12:27           
Mars Qırmızı planetə necə çevrilib?
Alimlər Mars planetinin xarakterik qırmızı rənginin səbəbləri ilə bağlı anlayışı kökündən dəyişən yeni araşdırma aparıblar.

Bu barədə "Forbes" məlumat yayıb.

Marsın səthi milyardlarla il ərzində küləklə yayılan dəmir oksiddən ibarət nazik bir toz təbəqəsi ilə örtülüdür. Ancaq indiyə qədər bu "pas"ın quru və ya yaş şəraitdə əmələ gəldiyi bəlli deyildi.

Marsa göndərilən kosmik gəminin ötürdüyü məlumatlardan və laboratoriya təcrübələrindən istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, planetin qırmızı rəngi su tərkibli dəmir oksidi olan ferrihidritdən qaynaqlanır. Əvvəllər bu rəngi quru şəraitdə əmələ gələn hematit mineralının verdiyi düşünülürdü.

Ferrihidritin kəşfi onun yalnız suyun iştirakı ilə əmələ gələ biləcəyini göstərir. Bu, alimlərə əvvəllər Marsda suyun olduğunu və planetdə həyatın mümkünlüyünü düşünməyə əsas verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru