Hindistan Trampın qərarına etiraz etdi

Bu gün, 00:04           
Hindistan Trampın qərarına etiraz etdi
“Rəsmi Dehli Rusiya nefti və neft məhsullarını alması ilə əlaqədar ABŞ-nin Hindistan mallarına rüsum tətbiq etməsini ədalətsiz və təəssüf doğuran addım hesab edir”.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randxir Caysval bildirib.

“Biz artıq bu məsələlərlə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik, o cümlədən, bəyan etmişik ki, idxalımız bazar əsaslıdır və 1,4 milyard hindistanlının enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilir. Buna görə də ABŞ-nin bir sıra digər ölkələrin də öz milli maraqlarına uyğun olaraq atdığı addımlara görə Hindistana əlavə rüsumlar tətbiq etmək qərarına gəlməsi çox təəssüf doğurur”, - diplomat bildirib.

Onun sözlərinə görə, bu hərəkətlər ədalətsiz və əsassızdır: “Hindistan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Rusiyadan neft almağa görə Hindistana 25 faiz əlavə rüsum tətbiqi haqda qanun imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru