Yorğunluq, ağrı və göyərmələr nədən xəbər verir?

24-03-2025, 16:48           
Yorğunluq, ağrı və göyərmələr nədən xəbər verir?
Qidalanma mütəxəssisi Соfi Trotman C vitamini çatışmazlığının nəticələrindən danışıb.

Championat.com xəbər veirr ki, C vitamininin çatışmazlığı yorğunluq, əsəbilik, əzələ və oynaq ağrıları, quru dəri, tez-tez göyərmələrin meydana çıxması və yaraların yavaş sağalması kimi bir sıra xoşagəlməz simptomlara səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, müasir pəhriz, çox vaxt emal edilmiş məhsullarla zəngin olmasına baxmayaraq, kifayət qədər C vitamini təmin etmir və bu vəziyyəti daha da ağırlaşdırır. Bu qida maddəsinin çatışmazlığı, anemiyaya, zəifləmiş immunitetə və diş ətlərinin ağır zədələnməsinə səbəb ola bilər.

C vitamininin ehtiyatlarını doldurmaq üçün Соfi Trotman pəhrizə sitrus meyvələri, bolqar bibəri, çiyələk və yaşıl yarpaqlı tərəvəzlər kimi bu vitaminlə zəngin olan qidaları daxil etməyi tövsiyə edir. Tərəvəzlərin düzgün istilik emalı, məsələn, buxarda bişirilməsi də qiymətli qida maddələrini qoruyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru