Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

Dünən, 17:18           
Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı
Astrofiziklər Qalxan bürcündə daha əvvəl məlum olmayan dəyişkən radio və rentgen siqnalları mənbəyi tapıblar. Bu mənbənin hər iki elektromaqnit dalğa diapazonunda parlaqlığı hər 44 dəqiqədən bir kəskin şəkildə azalır və artır.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Radioastronomiya Tədqiqatları Mərkəzi (ICRAR) məlumat yayıb.

Məlumata görə, obyekt Avstraliyanın ASKAP teleskopu vasitəsilə tapılıb və ona "J1831-0911" adı verilib. Bildirilir ki, qalaktikamızda indiyədək buna bənzər digər obyektlər tapılmayıb. Eyni zamanda, astrofiziklər qeyd edirlər ki, bu obyektin həddindən artıq yüksək pik parlaqlığı onun radio pulsar, fırlanan neytron ulduzu ola bilməsi ehtimalını istisna edir.

Tədqiqatçıların sözlərinə görə, vəziyyəti çətinləşdirən budur ki, bu cür davranış nə digər obyektlər, nə də qalaktikada dəyişkən siqnalların digər mənbələri üçün xarakterik deyil.

Astrofiziklər ümid edirlər ki, sonrakı müşahidələr onlara bu kosmik siqnalların təbiətini açmağa və Süd Yolu, eləcə də ondan kənarda bu siqnalların analoqlarının olub-olmadığını anlamağa kömək edəcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.