Hansı rəngdə paltarlar ağcaqanadları uzaqlaşdırır?

29-05-2025, 16:18           
Hansı rəngdə paltarlar ağcaqanadları uzaqlaşdırır?
Hansı rəngdə paltarlar ağcaqanadları uzaqlaşdırır?

Bu barədə material "Life" nəşrində dərc olunub.

Mütəxəssislərin fikrincə, həşəratları ən çox cəlb edən rənglər qırmızı, narıncı, qara və mavi (dəniz dalğası rəngi - red.) rənglərdir.

"Tünd rənglər isti havada xüsusilə təhlükəlidir. Bu rənglər nəinki ağcaqanadları cəlb edir, həm də daha çox qızdırır və bununla da bədən istiliyinin artması şəklində onlar üçün əlavə yem mənbəyi yaradır", - deyə nəşr qeyd edib.

Eyni zamanda, mütəxəssislər vurğulayıblar ki, ağcaqanadlar yaşıl, bənövşəyi, göy və ağ rənglərə məhəl qoymurlar, çünki onlar cütqanadlıların gözünə görünmür.

Bundan əlavə, mütəxəssislər bildiriblər ki, lavandanın efir yağı görünməz baryer yaradaraq ağcaqanadları uzaqlaşdırmağa kömək edə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru