Banklara qoyulan depozitlərin məbləği 10%-dən çox artıb

29-05-2025, 17:14           
Banklara qoyulan depozitlərin məbləği 10%-dən çox artıb
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 433,5 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, ilin əvvəli ilə müqayisədə 2,9 %, ötən ilin eyni dövrünə nisbətən 10,4 % çoxdur.

Bunun 56,1 %-i, yaxud 23 milyard 230,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,1 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 10 % artaraq 14 milyard 853 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 31,3 % artaraq 3 milyard 350,4 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 128,2 milyon manatı (il ərzində 1,4 % azalıb) qısamüddətli, 18 milyard 305,2 milyon manatı (30 % artıb) isə uzunmüddətli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru