Son illər yeniyetmələrə qarşı qısnamada şübhəli bilinən aktyor vəfat etdi

29-05-2025, 16:38           
Son illər yeniyetmələrə qarşı qısnamada şübhəli bilinən aktyor vəfat etdi
"Child"s Play" filmində Çaki obrazını canlandıran aktyor Ed Qeyl 62 yaşında vəfat edib.

Bu barədə TMZ portalı mənbəyə istinadən məlumat verib.

"O, çərşənbə axşamı Los-Ancelesdəki hospitalda vəfat edib", - məlumatda bildirilir.

Aktyorun ölümünün səbəbi açıqlanmayıb.

"Child"s Play" seriyasının üç hissəsi ilə yanaşı, Qeyl "Chopper Chicks in Zombie Town", "Howard the Duck" və bir sıra başqa filmdə də oynayıb. Qeyd olunur ki, son illər aktyor yeniyetmələrə qarşı qısnamada şübhəli bilinərək, istintaqa cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru