"2001-ci il Kosmos Odisseyi" filmindən məşhur vals kosmosa ötürüləcək

29-05-2025, 17:44           
"2001-ci il Kosmos Odisseyi" filmindən məşhur vals kosmosa ötürüləcək
Avropa Kosmik Agentliyi (AKA) 31 may 2025-ci ildə kosmosa musiqi siqnalı ötürəcək: bu, İohan Ştrausun məşhur "An der schönen blauen Donau" ("Mavi Dunay") valsıdır.

Bu barədə "Sky at Night Magazine" xəbər yayıb.

Bildirilir ki, sözügedən əsər Stenli Kubrikin "2001: A Space Odyssey" ("2001: Kosmik Odisseya") filmindən tanınır.

Təşəbbüs AKA-nın və "Estrack" sisteminin 50 illiyi, "Cebreros" antenasının 20 illiyi və bəstəkar Ştrausun 200 illiyi münasibətilə reallaşdırılır.

Valsı Vyana Simfonik Orkestri canlı ifa edəcək, səs isə İspaniyadakı 35 metrlik Cebreros antenası ilə dərin kosmosa ötürüləcək.

Qeyd edək ki, "Estrack" şəbəkəsi Avropa kosmik missiyalarını izləmək və onlarla əlaqə saxlamaq üçün istifadə olunur. "Cebreros" hazırda "BepiColombo", JUICE, "Hera" və "Mars Express" kimi missiyalara dəstək verir.

Bu hadisə elm, incəsənət və texnologiyanın nadir və unikal qovuşması kimi qiymətləndirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru