Slovakiyada ayı ətinin satışına icazə veriləcək

29-05-2025, 16:44           
Slovakiyada ayı ətinin satışına icazə veriləcək
Slovakiya hakimiyyəti ovlanmış ayıların ətini istehlak üçün restoranlara və pərakəndə satış şəbəkələrinə təhvil verəcək.

"Euractiv" xəbər verir ki, bu barədə Slovakiyanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Filip Kuffa bildirib.

Ölkənin hakimiyyət orqanları qonur ayıların insanlara hücumu hallarına görə onları güllələməyə başlayıb. Bu heyvanların sayının təxminən 1300-dən 1000-ə qədər azaldılması planlaşdırılır.

"Biz sanitar normalara cavab verən hər bir tutulan ayını (istehlak üçün) təhvil verəcəyik", - Kuffa qeyd edib.

O əlavə edib ki, ayı ətini yemək olar".

Slovakiyanın müxalifətdən olan Avropa Parlamentinin deputatı Martin Hoysik Ekologiya Nazirliyinin qəssab dükanına çevrildiyini bildirərək qərarı tənqid edib.

"Bu, həm faciəli, həm də utancvericidir", - o bildirib.

Xatırladaq ki, ayı ətində insanlar üçün təhlükəli olan trixinella sürfələri ola bilər. Məlumatlara görə, insanlarda trixinellyoz ağır və uzun müddət davam edir və bəzi hallarda ölümlə nəticələnə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru