Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib

29-05-2025, 16:34           
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib
Avropa İttifaqı (Aİ) Suriyadan bütün iqtisadi sanksiyaların götürüldüyünü, həmçinin ölkənin 24 qurumunun, o cümlədən Mərkəzi Bankın qara siyahıdan çıxarıldığını elan edib.

İndex.az bu barədə Avropa İttifaqı Şurasının məlumatına istinadən xəbər verir.

“Aİ Şurası Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı hüquqi sənədlər qəbul edib. Həmçinin, Suriya Mərkəzi Bankı, neft hasilatı və pambıq emalı sahəsində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, 24 şirkət qara siyahıdan çıxarılıb”, – məlumatda bildirilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu qərarı düzgün adlandırıb.

“Bu qərar belə tarixi bir zamanda Aİ üçün düzgün idi. Bu, Suriyanın bərpasını və bütün suriyalıların arzularına cavab verən siyasi keçidi səmimi şəkildə dəstəkləməyə yönəlib. Aİ son 14 il ərzində Suriya xalqını dəstəkləyib və bunu davam etdirəcək”, – o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru