İqtisadiyyatımıza kredit qoyuluşu 15% artıb

29-05-2025, 16:14           
İqtisadiyyatımıza kredit qoyuluşu 15% artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 898,8 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən ilin eyni dövrünə nisbətən 15,1 % çoxdur.

Kredit qoyuluşunun 20 milyard 775,3 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 12,6 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 321,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 18,1 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,9 %-dən 24,5 %-ə yüksəlib.

Mayın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 %-dən 6 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru