Kencə sıxışdırılan Ağalarovlar: Moskvada Ağalarovların əmlakına həbs qoyulmağı tələb olunur

Bu gün, 17:51           
Kencə sıxışdırılan Ağalarovlar: Moskvada Ağalarovların əmlakına həbs qoyulmağı tələb olunur
Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktı üzrə cinayət işində zərərçəkmişlər “Crocus Group”un sahibləri olan biznesmenlər Araz və Emin Ağalarovların əmlakının müsadirə olunmasını tələb edirlər.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, vəkillər bu tələbi hadisə baş verən zaman yanğınsöndürmə sistemləri, giriş-çıxış nəzarəti, təxliyə qapılarının açılması kimi təhlükəsizlik sistemlərinə cavabdeh olan strukturlardan birinin də Araz və Emin Ağalarovlara məxsus “Crocus” şirkətinin olması ilə əsaslandırıblar.
Zərərçəkmiş tərəfin vəkili İqor Trunov bildirib:
“Rusiya İstintaq Komitəsindən xahiş edirik ki, Crocus Group şirkətinin, “Crocus” ASC-nin, “Crocus Profi” mühafizə şirkətinin, həmçinin “Crocus International”un sahiblərinin əmlakına təcili şəkildə həbs qoyulsun. Bu, Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsi üzrə (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) törədilmiş cinayətlə əlaqədar zərərçəkmişlərin hüquqlarının təmin edilməsi məqsədi daşıyır.”
O, əlavə edib ki, vəsatət artıq qəbul olunub.
Bildirilib ki, Ağalarovların bütün əmlakına mümkün qədər tez həbs qoyulmalıdır, çünki onlar hələ əmlaklarını tam şəkildə xaricə çıxarmamış ola bilərlər.
Rusiyanın "RBK" nəşri Ağalarovlara mövzunu çərh etmələri üçün sorğu ünvanlayıb.
Qeyd edək ki, Araz Ağalarov terror aktı ilə bağlı heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs qismində çıxış etmir.
Eyni zamanda, hadisə baş verən gün zalda olan şəxslər “Antipanik” sisteminin və metal detektorların işləmədiyini, mühafizə xidmətinin isə öz vəzifələrini yerinə yetirməkdən yayındıqlarını bildiriblər. Buna cavab olaraq oliqarxın oğlu Emin Ağalarov bir sıra açıqlamalar verib ki, bütün xidmətlərin qaydasında olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru