Dindarlar dövlət başçısına qarşı nifrət hissi ilə formalaşdırılır -ŞOK
16-12-2016, 13:30
"Azərbaycanda üsyançı cihadçı dindar təbəqə formalaşır və sosial bazası yaradılır"
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Azərbaycanda bəzi dini qruplaşmların ölkədə nifaq yaratdığını deyib.
Moderator.azilahiyyatçının fikirlərini təqdim edir.:
"Azərbaycanda üsyançı cihadçı dindar təbəqə formalaşır və sosial bazası yaradılır.
Azərbaycanda təkfirçiliyin sosial bazaları formalaşdırılır. Bəzi özlərini islam dəvətçisi kimi qələmə verənlər ölkə daxilində şiə-sünni qarşıdurması salırlar. Bir ara Əlixan Musayev belə bir sosial bazanı formalaşdırdı. Onun cihadla bağlı səsyazmaları yayılandan sonra DQDK rəhbəri belə islam dəvətçilərinin təhlükəli olması barədə mediada açıqlama verdi. Ardınca ilahiyatçılar belə cihada meyilli insanlara aldanmamağı tövsiyə etdilər və onları bəyan etdilər ki, gənclər özlərini belə təhlükəli fikirlərdən qorusunlar. İndi isə yeni bir qruplaşma buranı ərəb ölkələrində olan vəziyətə gətirib çıxarmaq istəyirlər. Bu qruplaşmanın lideri isə indi Adil Rəcəbov hesab edilir. Çünki, insanlar dini bilmirlər. Onu elmli hesab edirlər. Ondan bəzi məsələləri soruşurlar. O isə gəncləri düzgün istiqamətləndirmir. Dindar gənclərdə hakimiyyətə və dövlət başçısına qarşı nifrət hissi olan dindar təbəqə formalaşdırır.