“Rolls Royce”dan Azərbaycanla bağlı rüşvət qalmaqalı – 800 milyon dollar cərimə
18-01-2017, 12:55
ABŞ Ədliyyə Nazirliyi İngiltərənini nəhəng avtomobil istehsalçısı “Rolls Royce”un xarici hökumət səlahiyyətlilərinə rüşvət verdiyi səbəbiylə üç ölkəyə 800 milyon dollar ödəyəcəyini açıqlayıb. “Rolls Royce” şirkəti ABŞ, İngiltərə və Braziliya hökumətlərinə ümumilikdə 800 milyon dollar pul cəzası ödəməyi qəbul edib. Sözügedən rəqəmin təxminən 605 milyon dollarının İngiltərəyə, 170 milyon dollarının ABŞ-a və 25 milyon dollarının Braziliyaya ödənəcəyi bildirilib. Adı keçən üç ölkədəki korrupsiya ilə mübarizə qüvvələrinin birgə əməkdaşlıqları çərçivəsində keçirilən istintaqlar zamanı məlum olub ki, şirkətin 2000-2013 tarixlərində xarici hökumət səlahiyyətlilərinə 35 milyon dollar rüşvət verib. “Rolls Royce”un ittihamları qəbul etdiyi ifadə edilən açıqlamada Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Anqola, Malayziya, Nigeriya və İraqdan olan hökumət səlahiyyətlilərinin şirkətdən rüşvət aldığı qeyd edilib. Şirkətin London birjasında əməliyyat görən hissələri, rüşvət istintaqının nəticələnməsindən sonra 6% dəyər qazanıb.(baku.ws)