Yerdəyişmə qanunu - Bakı merl kim olacaq

4-09-2015, 10:26           
Yerdəyişmə qanunu - Bakı merl  kim olacaq
Kadr yerdəyişməsinin mübhəmi; Prezident Bakı meri uğrunda mübarizə aparan icra başçılarına yerini göstərdi, Ziya Məmmədovun kadrı isə işsiz qaldı; paytaxt merinin rəqibləri sıradan çıxarıldı, lakin o, hələ də narahatdır; Əli Əsədovun açılan yolu...

Bakı, Sumqayıt və Abşeron rayonlarının icra başçıları ilə bağlı prezident sərəncamı 2001-ci ilin yanvar ayından paytaxt meriyasının rəhbəri olan Hacıbala Abutalıbovun əvəzlənməsi məsələsini də aktuallaşdırıb. Sərəncamlarda ən diqqət çəkən məqam rəhbərlik etdiyi rayonları dəyişdirilənlərin Bakı Şəhər İcra Hakimiyyəti postuna iddialı şəxslərin olmasıdır.
Sumqayıtın sabiq başçısı Eldar Əzizov bu posta ən iddialı namizəd sayılırdı.

Eləcə də, iqtidarda ciddi dayaqları olan Zakir Fərəcov da Abutalıbovun yerinə şanslı namizəd hesab edilirdi. Meriyanın və eləcə də digər dövlət idarələrinin yerləşdiyi Səbayel rayonunda düz günə - gün, on il - 2005-ci ilin sentyabr ayının 2-dən icra başçısı olan Asif Əsgərov da iddiaçılar sırasında idi. Onu Bakı meri postuna Prezident Administrasiyasındakı dəstəyi həvəsləndirirdi. A.Əsgərov iddiaçılar sırasında Abutalıbovun yeganə həmyerlisi olması ilə diqqət çəkirdi. Heç bir təyinat almayan Nəsiminin sabiq icra başçısı Nəsib Məhməliyev isə nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınırdı. Onun da Bakının “qradanaçalniki” postuna iddiası Ziya Məmmədovdan qaynaqlanırdı. Nəsiminin icra başçısı postundan çıxarılması təkcə Məhməliyevin yüksəliş arzularının sonu deyil.

Bu, həm də son aylar Z.Məmmədovun hakimiyyətdəki mövqelərinin xeyli zəiflədiyi barədə xəbərlərin təsdiqidir.

Bu posta iddialı olduğunu gizlətməyən Binəqədinin icra başçısı Xaləddin İsgəndərov isə bu ilin mayında Azadlıq prospektindəki dəhşətli yanğınla elə bir oda düşüb ki, indi yalnız özünü xilas etmək barədə düşünür. Yeri gəlmişkən, ən son məlumatlara görə, X.İsgəndərovun obyektlərində audit yoxlaması aparılır. Məlumatda deyilir ki, yoxlama təxminən bir həftədir başlayıb. X.İsgəndərovun bundan ciddi şəkildə narahat olduğu bildirilir. Bundan başqa, icra başçısının Binəqədidə gördüyü abadlıq və təmir-tikinti işləri ilə bağlı da yoxlamaların başladığı iddia olunur. İcra başçısının taleyi bu yoxlamanın nəticəsindən asılı olacaq.

Bu posta iddialı olduğunu gizlətməyən Binəqədinin icra başçısı Xaləddin İsgəndərov isə bu ilin mayında Azadlıq prospektindəki dəhşətli yanğınla elə bir oda düşüb ki, indi yalnız özünü xilas etmək barədə düşünür. Yeri gəlmişkən, ən son məlumatlara görə, X.İsgəndərovun obyektlərində audit yoxlaması aparılır. Məlumatda deyilir ki, yoxlama təxminən bir həftədir başlayıb. X.İsgəndərovun bundan ciddi şəkildə narahat olduğu bildirilir. Bundan başqa, icra başçısının Binəqədidə gördüyü abadlıq və təmir-tikinti işləri ilə bağlı da yoxlamaların başladığı iddia olunur. İcra başçısının taleyi bu yoxlamanın nəticəsindən asılı olacaq.

İddialara görə, bu təyinatlardan ən çox narahat olan məhz Abutalıbovdur. Az qala 10 ildir barəsində “işdən çıxarıldı”, “əmri verildi” kimi məlumatlar yayılan Abutalıbov məntiqlə daha rahat nəfəs almalı, hətta rəqiblərinin arzuları gözündə qaldığı üçün sevinməlidir də. Amma məlumatlı mənbələr deyir ki, Abutalıbov çox narahatdır və bu da səbəbsiz deyil.
Əvvəla, ona görə ki, prezident Bakıdakı qanunsuz tikililərə görə Abutalıbovdan narazıdır. Bunu yanan bina ilə bağlı keçirilən müşavirədə dövlət başçısı açıq dilə gətirmişdi də. Bu tənqiddən Səbayelin o vaxtkı icra başçısına da pay düşürdü ki, indi o şəhərin “yağlı tikəsi” hesab olunan Səbayeldən uzaqlaşdırıldı.



Abutalıbov özü isə “Dostluq” parkındakı qanunsuz villaları “zurna-qaballa” sökdürməyə məcbur oldu. Qeyd edək ki, Hesablama Palatası aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin ciddi nöqsanlar da aşkarlayıb.


***



Son illər meriyanın səlahiyyətləri artırılsa da, Abutalıbov əvvəlki qədər fəal deyil, səlahiyyətləri prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov arasında bölüşdürülüb. Bakıdakı tikintilərlə bağlı qərar vermək səlahiyyətlərində də əsas ağırlıq Ə.Əsədovdadır. Bu posta indi ən real namizədlərdən biri də prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov hesab olunur. Hazırda paytaxt təsərrüfatının idarə olunmasına nəzarət birbaşa Ə.Əsədovun kurasiyasındadır. Paytaxtın mərkəzində dövlət sifarişli tikintilərinə həyata keçirilməsin birbaşa o, rəhbərlik edir. İddiaçıların “yerləşdirilməsindən” sonra mer postu uğrunda rəqabətdə Ə.Əsədova rəqib faktiki qalmayıb. O da maraqlıdır ki, Ə.Əsədov meriya postu uğrunda mübarizədə adı keçənlərin bəzilərindən fərqli olaraq əyalətdə deyil, Bakıda doğulub və birbaşa prezidentə yaxın şəxs sayılır.

Ə.Əsədov Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olub. 1998-ci ildən Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. Korrupsiyaya, siyasi qalmaqallara adı bulaşmayıb, ictimai rəydə neqativləri yoxdur və hakimiyyət komandasındakı “usta texnoloqlar”dan hesab olunur.

Ehtimal etmək olar ki, Bakı meriyası uğrunda mübarizədə iqtidar böyük ölçüdə seçimin etmiş sayılır və Abutalıbovun narahatlığının əsl səbəbi də budur.

Növbədə Abutalıbovdur...

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.