Şirkət müştəriləri günlərlə susuz qoyur - “Sirab”ın su sifarişlərindən ŞİKAYƏTLƏR

20-09-2024, 00:06           
Şirkət müştəriləri günlərlə susuz qoyur - “Sirab”ın su sifarişlərindən ŞİKAYƏTLƏR
“Sirab”ın Bakı ərazisində evlərə su çatdırılmasına görə şikayətlərin sayı artıb. Yenicag.az-a müraciət edən müştərilər bildiriblər ki, “Sirab” su sifarişləri zamanı müştərilərə sayğısız yanaşırlar. Onlar qeyd edib ki, şirkət guya telefon tətbiqləri üzərindən sifarişləri qəbul etmək üçün xidmət təşkil edib, lakin bu sifarişlər günlərlə gecikir.

Müştərilər bildirib ki, sifarişləri qəbul etdikdən sonra “Sirab” suları bir gün sonraya çatdırılacağını desə də, sifariş edilən sular günlərlə evlərə çatdırılmır. “Bəhanə edirlər ki, Bakıda Formula 1 yarışları keçirildiyi üçün yollar bağlıdır. Formula 1 yarışları qurtardığı halda, müştərilərinə bu bəhanəni gətirirlər,” – deyə müştərilər qeyd edib.

Müştərilər qeyd edir ki, “Sirab” bir müddət əvvəl mənzillərə çatdırılan suların qiymətini qaldırıb. Şirkət bu qiymət artımını xidmətinin keyfiyyətinin artırılması ilə əlaqələndirib.

“Lakin xidmət çox aşağı səviyyədə göstərilir, sular günlərlə mənzillərə çatdırılmır. Qəribədir ki, görəsən, “Sirab”ın Bakıda Formula 1 yarışlarının yekunlaşmasından, paytaxtın yollarının açılmasından niyə xəbəri yoxdur?” – deyə müştərilər bildirib.

Qeyd edək ki, “Sirab” su sifarişlərindən şikayət edənlər Bayıl qəsəbəsi sakinləridir. Bu qəsəbə istiqamətində yollar açıq olduğu halda, şirkət müştərilərini narazı salır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.