Sarkisyan Putinin əmrinin icrasına başladı (VİDEO)
8-09-2015, 23:12
Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv vasitəçi roluna qayıdır. Ermənistan prezidenti Serj Sarkisyanı Moskvaya çağıran Rusiya lideri Vladimir Putin erməni həmkarının diqqətinə çatdırıb ki, bu və ya digər arqumentlərlə münaqişənin nizama salınmasında mümkün irəliləməni təxirə salmaq müsbət deyil. Sarkisyan isə Azərbaycan ordusunun güclənməsindən ehtiyat edərək Rusiyadan yardım istəyib.
ANS TV-nin məlumatına görə, Rusiya-Ermənistana 200 milyon dollarlıq güzəştli kredit ayırıb. Bu pul Ermənistan ordusunun arsenalının yenilənməsinə sərf olunacaq. Azərbaycan ordusunun tutarlı cavabında təmas xəttində qüvvələr balansının Azərbaycanın xeyrinə olması Rusiyanın diqqətindən yayınmayıb. Elə Rusiya prezidenti Vladimir Putinlə görüşdə Serj Sarkisyanın cəbhədəki vəziyyətdən şikayətlənməsi də təsadüfi deyildi. O, bildirib ki, son iki həftə ərzində təmas xəttində vəziyyət gərginləşib, Ermənistan prezidenti Azərbaycanı iriçaplı silahlardan və artileriya vasitələrindən istifadədə ittiham eləyib. Sarkisyan eyni zamanda əsgər Permyakovla bağlı cinayət işinin araşdırılması və mühakiməsinin Ermənistan mühafizə orqanlarına həvalə olunmasına görə Putinə təşəkkürünü bildirib.
Vladmir Putin isə Rusiyanın Ermənistanın əsas iqtisadi-ticarət partnoyru olmasına baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə diqqət çəkib.
Dünən Ermənistan və Rusiya energetika nazirlikləri arasında bağlanmış müqaviləyə görə, Moskva Ermənistana satılan təbii qazın qiymətinin 25 dollar ucuzlaşdıraraq, hər min kubmetrə görə qiyməti 165 dollara endirib.
Ekspertlər bu qənaətdədirlər ki, Putin Ermənistanın get-gedə Rusiyanın nəzarətdən çıxmasının, bu ölkədə qərbmeylli qüvvələrin fəallaşmasının fərqindədir.
Gümrü hadisələri bunu bir daha göstərdi. Moskva anlayır ki, kənar qüvvələr Ermənistanda yaranan vəziyyətdən istifadə edə bilərlər. Məlumdur ki, Ermənistan tam olaraq Rusiyadan asılı vəziyyətdədir, bu ölkənin bütün sahələri, iqtisadiyyatı, Rusiyaya bağlıdır.
Təsadüfi deyil ki, bir müddət əvvəl etirazlara yol açmış eletkrik enerjisi bahalaşması da Rusiyanın qərarı idi. Çünki Ermənistanı enerji ilə təmin edən şirkət Rusiyaya məxsusdur. Ermənistan həmçinin Sarkisyanın kədərlə qeyd etdiyi kimi əsgərlərinin Azərbaycana satılan rus silahı öldürülməsindən narahatdır. Ona görə də Putin-Sarkisyan görüşündə Rusiya müəyyən qərarları verməli idi.
“Moskva anlayır ki, artıq nəsə etmək lazımdı. Ona görə də Ermənistana 200 milyon dollarlıq güzəştli kreditlə yanaşı qazın qiymətini bir qədər aşağı salıb. Bununla onlar birlikdə aksiyaların, mövcud gərginliyi aradan qaldırmaq istəyirlər”, - deyə ekspert Tofiq Abbasov bildirib.
Ermənistan asılı dövlət olduğunu bir daha göstərdi. Moskvadan qayıdar-qayıtmaz Ermənistan-Rusiya rəhbərliyinın tapşırıqlarını dərhal icra etməyə başlayıb. Rəsmi İrəvan dollardan imtina edir.
Baş nazir Ovik Obramyan Avrasiya İttifaqı baş nazirlərinin görüşündə müttəfiq ölkələri də ABŞ valyutasından imtina etməyə çağırıb. Bütün hesablaşmaların rus rublu ilə olacağını söyləyib. Əmr Vladimir Putindən gəlib.