Türk lirəsi rus rublunu özü ilə aşağı çəkir

13-08-2018, 20:12           
Türk lirəsi rus rublunu özü ilə aşağı çəkir
ABŞ sanksiyalarının sərtləşə biləcəyi xəbərindən sonra rus rublu daha da zəifləyib.
Moskva birjasında bazar ertəsi dolların məzənnəsi 68 rubl səviyyəsini keçərək, 2016-cı ilin aprel ayından bəri ən baha dəyərinə çatıb.

Hərracın ilk dəqiqələrində dollar 68 rubl göstəricisini aşıb, avro 78 rubldan yuxarı qalxıb.

Rubl bir neçə gündür ki, təzyiq altındadır. Ötən cümə dollar psixoloji cəhətdən mühüm sayılan 67 rubl səviyyəsini keçib.

Təhlilçilər indiyə qədər rublu aşağı çəkən əsas faktorlar kimi ABŞ sanksiyalarını və Rusiya Bankının Maliyyə Nazirliyi üçün valyuta alqısını qeyd edirdilər.

Rusiya bankı necə reaksiya verir?

Avqustun 9-da Mərkəzi Bank aldığı dollar kütləsinin həcmini ikiqat azaldıb, cümə günü avqustun 10-da isə Maliyyə nazirliyi üçün dollar alışı keçirilməyib.

"Loko-invest" qrupunun aparıcı iqtisadçısı Kirill Tremasovun sözlərinə görə, bu cür addım rubla yalnız qismən kömək edə bilər.

"Hamı Türkiyədə nə baş verdiyinə baxır. Vəziyyət pisləşməkdə davam etsə, Mərkəzi Bankın addımları təsir göstərməyəcək", - Kirill Tremasobv deyib.

Hamını Türkiyə narahat edir
Dollar avroya da qarşı möhkəmləməkdə davam edir. Türkiyənin Mərkəzi Bankı yerli kommersiya banklarına yardım göstərilməsi tədbirlərini açıqlayandan sonra isə türk lirəsinin qiymətdən düşmə sürəti azalıb.

Cümə günü axşam türk lirəsinin məzənnəsi dollara qarşı 20 faiz enib. Bu, 2001-ci ildən bəri türk lirəsinin ən kəskin enişidir. Bu, prezident Trump türk poladı və alüminiumuna gömrük rüsumunu qaldırılacağını elan edən sonra baş verib.

İnvestorlar türk lirəsinin məzənnəsi və Türkiyədəki böhranla bağlı narahatlıq hissi keçirirlər, çünki bu Avropa iqtisadiyyatına da təsir edə bilər.

Financial Times qəzetinin yaydığı xəbərə əsasən Avropa Mərkəzi Bankı İspaniyanın BBVA, İtaliyanın Unicredit və Fransanın BNP Paribas bankları üçün yaranmış risklərlə bağlı narahatlığını bildirib.

Həçmin bankların Türkiyədə irimiyaslı əməliyyatları mövcuddur.

Türkiyədəki vəziyyətlə bağlı narahatlıq inkişafda olan ölkələrin valyutalarına da təsir edir. Cümə günü Trump-ın bəyanatından sonra rublun enişi sürətlənib.

Axşam saat 7-də dolların kursu 67,9 rubla bərabər olub.

Rosbankın yazdığına görə, bazar iştirakçılarının nəzərləri türk lirəsinə yönəlib.

"Türkiyə Bankı hələlik valyuta kursunu sabitləşdirməyə müvəffəq ola bilmir", - bankın səhər icmalında qeyd olunub.

Bank təhlilçilərinin qeyd etdiyinə görə, türk lirəsi ilə bağlı yaranmış "pessimizm rus rubluna gözlənilməz dərəcədə güclü təsir göstərib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.