Estoniya yaxın illərdə ÜDM-in 5 %-dən çoxunu müdafiəyə ayırmaq niyyətindədir

Bu gün, 10:28           
Estoniya yaxın illərdə ÜDM-in 5 %-dən çoxunu müdafiəyə ayırmaq niyyətindədir
Estoniyanın Baş naziri Kristen Mixal ölkənin ümumi daxili məhsulunun (ÜDM) 5 %-dən çoxunu müdafiəyə ayırmaq planlarını açıqlayıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, o, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə görüşündə deyib.

"Estoniya qarşıdakı dörd il ərzində ÜDM-nin 5%-dən çoxunu müdafiə ehtiyaclarına ayırmaq niyyətindədir", - Mixal vurğulayıb.

Baş nazirin sözlərinə görə, bu xərclərin maliyyələşdirilməsi üçün hökumət SAFE kredit alətindən istifadə etməklə borc vəsaitləri hesabına 3,6 milyard avroya qədər vəsait cəlb etməyi planlaşdırır.

İyun ayında keçirilən NATO sammitində üzv ölkələr 2035-ci ilə qədər əsas müdafiə ehtiyaclarına hər il ÜDM-nin 5 %-ni xərcləmək barədə razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp sammiti "böyük uğur" kimi qiymətləndirərək, bütün üzv ölkələrin Vaşinqton müqaviləsinin kollektiv müdafiə üzrə 5-ci maddəsinə sadiqliklərini bir daha təsdiqlədiklərini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru