Türkiyə Superliqası: "Qalatasaray" qələbələri sıralayır VİDEO

Bu gün, 10:10           
Türkiyə Superliqası: "Qalatasaray" qələbələri sıralayır  VİDEO
Türkiyə Superliqasında 4-cü turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion "Qalatasaray" doğma azarkeşləri önündə "Rizespor"u qəbul edib.

"Cim-bom" Sançes (20), Osimhen (65) və İkardinin (90+2) qolları ilə növbəti 3 xalı təmin edib. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar: Matçın 73-cü dəqiqəsində Vareşanoviç fərqi azaldıb - 3:1.

Beləliklə də, sarı-qırmızılı komanda çempionatda 4-cü ardıcıl qələbəsini qazanıb.

Hazırda "aslanlar" 12 xalla turnir cədvəlinə başçılıq edirlər. Rize təmsilçisi isə aktivindəki 1 xalla 16-cıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru