Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı
16-08-2018, 09:54
Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:
Rusiyanın bir qrup siyasətçisi, analitik və ekspertlərinin Azərbaycana səfəri və sonra Cocuq Mərcanlıda keçirilən konfransda iştirakı geniş əks-səda doğurub. Ermənistan KİV-i və Rusiyanın bir sıra mətbu nəşrləri bu hadisəyə çox ekstremist reaksiya verib. Bir erməni jurnalisti həmin prosesin aktiv iştirakçılarından olan rusiyalı filosof və sosioloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqindən müsahibə götürüb. Əslində, bu, həqiqəti aydınlaşdırmaq məqsədi ilə götürülən müsahibə olmayıb, daha çox A.Duqini ittiham etmək məqsədi güdürdü. Ancaq rusiyalı filosof ustalıqla həqiqəti elə çatdırıb ki, qarşı tərəfin susmaqdan başqa yolu qalmayıb. Eyni zamanda, müsahibədə A.Duqin Cənubi Qafqazın geosiyasi mühiti üçün böyük əhəmiyyəti olan bir sıra fikirlər ifadə edib. Onları təhlil etməyə ciddi ehtiyac duyuruq.
Şıltaq ermənilərin sualları: həqiqətdən qaçışın anatomiyası
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində beynəlxalq konfransda bir qrup rusiyalı mütəxəssisin iştirakı Ermənistan siyasi və analitik dairələrini yerə vurub. Onlar ağıllarını itirmiş formada, ağızları köpüklü soruşurlar: "Bu, necə ola bilər, Rusiya Azərbaycanla əməkdaşlıq edir?". Və sonra əlavə edirlər: "2016-cı ildə Azərbaycan Lələtəpəni işğal edib (həyasızlığa diqqət edin - red.) və rusiyalı mütəxəssislər oraya gedib!".
Əslində, bizim üçün ermənilərin bu cür reaksiyasında qeyri-adi heç bir şey yoxdur. Çünki onlar əsrlərdir ki, belə həyasız, əsilsiz, saxtakar və radikal çıxışları ilə Cənubi Qafqazın geosiyasi, siyasi və mənəvi-əxlaqi mühitini korlayırlar. Hər dəfə də bu pozğun kütləni həm Qərbin böyük dövlətləri, həm də Rusiya haqlı çıxarmağa çalışıblar (bəlkə doğru deyil?). İndi isə qəfil Rusiyanın tanınmış sosioloq və filosofu, eyni zamanda, Vladimir Putinə yaxınlığı ilə bilinən Aleksandr Duqin erməni jurnalistin üzünə deyir ki, "siz işğalçısınız"!
A.Duqin əsrin həqiqətini deyir! Ancaq xəstə erməni şüuru kənardan olan qızışdırmalar sayəsində əsrlərdir ki, antihəqiqət üzərində köklənib və buna görə də onları "söyüş" kimi qəbul edir. Ermənilərin ağzı əyilib: "Necə yəni Azərbaycan da suveren dövlətdir, onun sərhədləri toxunulmazdır! Necə yəni Rusiya Qarabağı Azərbaycan torpağı hesab edir! Bəs onda "qədim mədəni xalqın taleyi necə olacaq?!"
Yəni indi ermənilərə havadarlıq edənlər əsrlərdir ki, Cənubi Qafqazda məhz həmin ermənilərin əli ilə hördükləri ilgəyin fəsadlarını öz üzərlərində hiss edirlər. Və buna onlar təəccüblənməməlidirlər. Ancaq A.Duqin heyrətini gizlədə bilmir. O deyir: "Bütün bunları erməni tərəfinin necə şərh etməsindən mən sadəcə olaraq, dəhşətə gəlmişəm. Heç bir antierməni demarşı yoxdur. İnternetdə və mətbuatda (Ermənistan və Rusiya mətbuatı nəzərdə tutulur - red.) gördüyüm "zibil" məni dəhşətə gətirir? (bax: У Сержа Саргсяна была договоренность о передаче пяти районов, Пашинян же ее аннулировал: Александр Дугин / 1in.am, 10 iyul 2018).
Biz Aleksandr Duqinə həqiqəti açıq ifadə etdiyinə görə, çox təşəkkür edirik. Eyni zamanda, belə fikirlərin məhz indi meydana gəlməsinin təsadüfi olmadığını da dərk etməyə çalışırıq. Bu barədə A.Duqinin özü açıq danışır. O, erməni jurnalistə başa salmağa çalışır ki, geosiyasi mühitdə ciddi dəyişikliklər müşahidə edilir. Rusiya Türkiyə ilə əməkdaşlığa böyük önəm verir. Bu istiqamətdə sürətli inkişaf gedir. Bununla yanaşı, Moskva onu da dərk edir ki, "Söhbət Rusiya ilə Ermənistan arasında münasibətlərin dəyişməsindən getmir. Söhbət ondan gedir ki, Azərbaycanın Cənubi Qafqazdakı rolu Rusiya üçün əhəmiyyətli dərəcədə artıb və bunu görməmək mümkün deyil. Həmçinin Rusiya və Türkiyə arasında münasibətlər də dəyişib ki, bu prosesdə mən də iştirak etmişəm. Ermənistan isə indi bu dəyişiklikləri çox konstruktiv yolla diqqətə almalıdır" (bax: əvvəlki mənbəyə).
Mesaj açıq, aydın və birmənalı verilib. Kreml İrəvandan yeni geosiyasi dinamikaya adekvat reaksiya verməsini tələb edir. Burada Ermənistan rəhbərliyinin nəzərə almalı olduğu məqam Rusiyanın Türkiyə və Azərbaycanla münasibətləri konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirmək niyyəti ilə bağlıdır. Özü də rəsmi İrəvan heç bir şıltaqlıq etmədən, qaba davranışda bulunmadan, "əfəndicə", sivil qaydada və konstruktiv çərçivədə buna əməl etməlidir. Bu, bir tələbdir!
Maraqlar dəyişir: Kremlin tələbləri
Ancaq Moskva bir şeydən narahatdır. Onu Aleksandr Duqin belə ifadə edib ki, Nikol Paşinyan Serj Sarkisyanın münaqişə ilə bağlı son zamanlar seçməyə çalışdığı mövqedən kənara çəkilir. Orada isə Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş beş rayonunun - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının qeyd-şərtsiz azad olunması şərti varmış. Bunu A.Duqin öz informasiyası kimi erməni jurnalistə deyir (bax: əvvəlki mənbəyə). Lakin Qərbin təhriki ilə Ermənistanda küçə hərəkatı başladı və həmin plan pozuldu. Deməli, birincisi, N.Paşinyan kənar dairələrin layihəsidir, söhbət qətiyyən demokratiyadan və erməni cəmiyyətinin aktivliyindən gedə bilməz, ikincisi, Kreml bunları yaxşı bilir və N.Paşinyanın izini buraxan deyil. Budur, Ermənistanın yeni baş nazirini Kreml Cənubi Qafqazda sülhə təhlükə yaratmaqda ittiham edir.
Geosiyasi kontekstdə məsələnin bu tərəfi olduqca önəmlidir. Çünki keçən əsrin 90-cı illərindən bu yana Moskva ilk dəfədir ki, İrəvanın qeyri-konstruktiv, münaqişənin ədalətli həllini pozan faktor olmasını açıq deyir! Bu, doğrudan da, münaqişənin həlli perspektivi baxımından əhəmiyyətlidir. Həmin bucaq altında regionda müşahidə edilən digər məqamlar da dərk edilə bilər.
Belə görünür ki, hansısa dairələr Ermənistanda dinc yolla hakimiyyəti dəyişmək, Azərbaycanda isə sabitliyi pozmaqla regionda geosiyasi gərginliyi daha da artırmaq xəttini seçib. N.Paşinyanı küçədən təzyiqlə hakimiyyətə gətirməklə müəyyən mənada Ermənistanı mümkün qarışıqlıqdan sığortalamağa çalışırlar. 1999-cu ildə Ermənistan parlamentində terror aktı törətməklə danışıqların qarşısını aldılar. İndi isə erməniləri yenidən terrorla sınağa çəkmək üsulundan imtina edilib. Niyə?
Bu sualın cavabı yəqin ki, bir neçə ildən sonra məlum olacaq. Ancaq indidən aydındır ki, N.Paşinyan erməni xalqını faciələrə sürükləyən adamlardan biridir. O, kənardan aldığı direktivlərlə yenidən ermənilərin Cənubi Qafqaza inteqrasiya olmaq perspektivini şübhə altına almış olur. Bunu hələlik erməni cəmiyyəti dərk etmir və əsl faciəsi də bundan ibarətdir.
Digər tərəfdən, həmin kənar dairələr Azərbaycan hakimiyyətinə heç bir təzyiq və təsir göstərə bilmir. Azərbaycan rəhbərliyi müstəqil siyasət yeridir və onu daha da möhkəmlədir. Eyni zamanda, rəsmi Bakı energetika, iqtisadiyyat, nəqliyyat, mədəniyyətlərin, dinlərin, sivilizasiyaların dialoqu sahələrində ciddi layihələr həyata keçirir və qlobal əməkdaşlığa öz töhfəsini verir. Buna görə də Azərbaycanda bir sıra radikal dairələrin əli ilə qarışıqlıq yaratmağa, cəmiyyətdə qorxu və təhlükəsizliklərinə təminatın olmaması hissini yaratmağa çalışırlar. Bunun üçün onlar iqtidarın vətəndaşları müdafiə edə bilməməsi təəssüratını formalaşdırmağa, dövlət məmurlarını məhv etməyin mümkün olduğu görüntüsünü yaratmağa, bir sözlə, hakimiyyətin legitimsizliyi fikrini formalaşdırmağa çalışırlar. Gəncə hadisələri bunun bariz nümunəsidir.
Deməli, regionda sülhün, inkişafın, əməkdaşlığın, ədalətin bərqərar olmasının düşmənləri iki cəbhədə - Ermənistan və Azərbaycan istiqamətlərində fəallaşıblar. Və erməni rəhbərliyi də məhz həmin şər qüvvələrin yanında yer alıb. İlk növbədə, Nikol Paşinyan öz xalqının gələcəyinin düşmənidir.
Beləliklə, Aleksandr Duqin Ermənistanın siyasi rəhbərliyini xəbərdar edir və eyni zamanda, erməni cəmiyyətinin hadisələrə obyektiv və açıq gözlə baxmasını arzulayır. Rusiyalı filosof və ictimai-siyasi xadim birmənalı ifadə edir ki, dünyada geosiyasi dinamika dəyişib və bu prosesdə Azərbaycanın öz yeri vardır. Ölkə rəhbərliyinin uzun illərdir apardığı uzaqgörən siyasət nəticəsində Bakı artıq sayılan geosiyasi faktorlardan biridir. A.Duqin ermənilərə deyir ki, bu həqiqəti Kreml aydın dərk edir, indi də Ermənistanın dərk etməsinin vaxtıdır. Əks halda, Ermənistanı bir dövlət və cəmiyyət kimi fəlakətlərdən heç kim xilas edə bilməyəcək! Nə Qərb, nə də Rusiya!
Hurriyyet.org