Qurban kəsib qanını niyə alnımıza sürtürük? — ARAŞDIRMA

20-08-2018, 18:41           
Qurban kəsib qanını niyə alnımıza sürtürük? — ARAŞDIRMA
Sirr deyil ki, Anadoludan Azərbaycana vaxtilə köç edən türk tayfaları olub. Eyni zamanda Azərbaycandan da bu ərazilərə köçlər olub. Orta əsrlərdə Anadolu və Azərbaycan daim qaynayıb-qarışıb.
Qədim dövrlərdə qurban kəsmək ibadət edən insan və ya insanların Tanrıya nəyisə təqdim etmək, həsr etmək mənasına gəlirdi. Qurban dualarla edilən dini bir ayindir. Qurbanlar ya hədiyyələrlə qanlı, ya da qansız olaraq iki yerə bölünüb. Məsələn, buğdanın ilk məhsulundan hazırlanan undan çörək və digər məmulatlar bişirilir, Tanrı heykəlinin önündəki kürsüyə qoyularaq yandırılırdı. Kürsüyə süd də axıdılırdı. Beləcə, ilk məhsuldan Tanrıya da hədiyyə edilirdi. Bu, qansız qurbanlar idi.



Qanlı qurbanlar isə canlı olanlardır. Qurbanlıq heyvanlar çiçəkdən hazırlanan çələnglərlə bəzədilir, üzlərinə və gözlərinə çiçək suyu, gülab kimi müqəddəs sular sürtülür, kürsüdə rahib və köməkçisi tərəfindən kəsilirdi. Kəsilən heyvanın qanı bir qaba toplanır, kürsüyə və inanclı insanların üzərinə tökülürdü. Məhz Anadoluda, Azərbaycanda uşaqların alnına qurban qanı sürtmək adəti buradan qalıb.

Adətə əsasən, Tanrının gücü alına sürtülən qanla birlikdə o insana keçir.

Göründüyü kimi bu adətin İslam dini ilə heç bir əlaqəsi yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.