Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ

23-04-2024, 22:38           
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Azərbaycan və Rusiya prezidentlərinin aprel ayının 22-də Moskva şəhərində reallaşan görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Dövlətimizin başçısı İlham Əliyevin qonşu ölkəyə səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasın¬da iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir.
Hazırda iki ölkə arasında iqtisadi-si¬yasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya döv¬lətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafın¬da maraqlıdırlar.
Bu gün iki dövlətin əməkdaşlıq müna¬sibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mü¬hüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyor-larından biridir. Azərbaycan-Rusiya hö¬kumətləri arasında sərbəst ticarət, hava nəqliyyatı, elektroenergetika sahələrində əməkdaşlıq, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, dəmir yolu nəqliyya¬tı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur.
Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmil¬ləşdirilməsi, dövlət sərhədindən yük da¬şımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin ar¬tırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin dayanıqlı in¬kişaf dinamikası təmin edilib. Bununla əlaqədar statistikaya əsaslanıb qeyd edə bilərik ki, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Həmçinin 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqa¬yisədə 87 faiz, o cümlədən tranzit yüklə¬rin həcmi 4 dəfəyə yaxın artıb. Şimal-Cə¬nub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
İki ölkə arasında investisiya sahəsin¬də əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin real¬laşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri ya-radaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.
Hazırda Azərbaycanda Rusiya ka¬pitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Ru¬siyanın Azərbaycan iqtisadiyyatına birba¬şa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
Rusiya-Azərbaycan arasında turizm imkanları da davamlı olaraq genişlənib. Rəsmi məlumatlara əsasən, ötən il Ru¬siyadan respublikamıza 625 mindən çox turist səfər edib. Qısa müddət ərzin¬də Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər hə¬yata keçirilib.
Qeyd edək ki, iki ölkə arasında müşa¬hidə olunan bütün bu uğurların təməlində, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Yeri gəlmişkən, dahi şəx¬siyyət istər 1969-1982-ci illərdə Azərbay¬cana uğurla rəhbərlik etdiyi illərdə, istərsə də 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi¬nin Siyasi Bürosunun üzvü seçiləndən və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndən sonra ölkələrimiz arasında münasibət¬lərin möhkəmlənməsini daim diqqətdə saxlayıb, dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşmasında yorulmaz səy göstərib. Dövrün ən böyük infrast¬ruktur layihələrindən olan Baykal-Amur Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə adını Azərbaycan-Rusi¬ya dostluq tarixinə qızıl hərflərlə yazdırıb.
Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubiley tədbirində iştirak ediblər. Tədbirdə hər iki dövlətin rəhbərləri və dəmir yolu sahəsinin veteranları və işçiləri, tikintidə iştirak edən bir sıra şəxslər iştirak ediblər. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
Xatırlatmaq yerinə düşər ki, bu magistralla ildə, təx¬minən, 180 milyon ton yük daşınıb. Ru¬siyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına müasir şəhərlər yaradı¬lıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Kore¬ya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqələri məhz BAM vasitəsi ilə qurulub. Rusiya ekspertlərinin bildirdiklərinə görə, 2030-cu ilədək BAM-in daha 3,5 min kilometr uzadılacağı, yeni stansiyaların tikiləcəyi nəzərdə tutulub.
Bu gün Azərbaycan Ulu öndərin ide¬yalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, regionda əməkdaşlı¬ğın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inki¬şaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm önəm daşıyır.

Metin Hüseynov - siyasi sərhçi, politoloq













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.