Azad Suriya Ordusu Rusiyanın hərbi yardım təklifini rədd edib.
25-10-2015, 10:33
Azad Suriya Ordusu Rusiyanın hərbi yardım təklifini rədd edib. Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Azad Suriya Ordusunun rəhbərlərindən hesab olunan Fares Bayuş bildirib. “Rusiya Azad Ordunu bombalamağı dayandırmalıdır. Mənə yardım təklif etməkdənsə bunu dayandırsınlar”,- deyə Bayuş vurğulayıb. Bununla yanaşı qurum Suriyada prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı Rusiyanın təklifini də qəbul etməyib.