Maraqlıdır ki, Tulsi Gabbardın bu təkzibi nədənsə heç bir ciddi xarici media orqanlarının diqqətini cəlb etməyib

24-06-2025, 08:28           
Maraqlıdır ki, Tulsi Gabbardın bu təkzibi nədənsə heç bir ciddi xarici media orqanlarının diqqətini cəlb etməyib
Xatırlayırsınızsa, Tramp İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarı vermək üçün Kanadada keçirilən G-7 zirvəsini yarımçıq buraxıb təcili ABŞ-a qayıdarkən jurnalistlərdən biri ona bu sualı vermişdi:
“Bu ilin əvvəlində ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard Konqresdə hesabat verərkən bildirib ki, İran nüvə silahı yaratmırdı. O zaman siz niyə İranı bombalamaq istəyirsiniz?”.
Trampın cavabı isə çox konkret olmuşdu: "Onun nə dediyi məni maraqlandırmır. İran nüvə bombasına çox yaxındır”.
Bir çox media qurumları bu mükaliməni əsas götürüb, Trampın ABŞ kəşfiyyatına yox, İsrail Baş nazirinə etibar etdiyini irəli sürmüşdülər. Dünən tele-kanalların birinə müsahibə verərkən mənə də bu fakt xatırladılmışdı. Müsahibədən qayıtdıqdan sonra Tulsi Gabbardın paylaşımlarını gözdən keçirdim. Məlum oldu ki, Trampın bu cavabından sonra Tulsi X platformasındakı bir paylaşımında ona istinad edilən iddianı yalanlayaraq yazıb:
“Vicdansız media mənim ifadələrimi qəsdən kontekstdən çıxarır və saxta xəbərlər yayır. Amerikanın kəşfiyyat məlumatları var ki, İran danışıqları yekunlaşdırmaq qərarına gəlsə, həftələr və ya aylar ərzində nüvə silahı istehsal edə bilər. Prezident Trump bunun baş verə bilməyəcəyini açıq şəkildə söylədi və mən də bununla razıyam”.
Maraqlıdır ki, Tulsi Gabbardın bu təkzibi nədənsə heç bir ciddi xarici media orqanlarının diqqətini cəlb etməyib.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru