Rusiya və İran arasında telefon danışığı: Nasirzadə qarşı tərəfi hədələdi

24-06-2025, 08:24           
Rusiya və İran arasında telefon danışığı:
İranın müdafiə naziri Əmir Nasirzadə Rusiyanın müdafiə naziri Andrey Belousovla telefon danışığı aparıb.

Bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Nasirzadə söhbət zamanı Rusiyaya dəstəyə görə təşəkkür edib və bildirib ki, İran təkcə sionist rejimlə deyil, həm də ABŞ və onun bu rejimi dəstəkləyən tərəfdarları ilə mübarizə aparır.

“Bizim qərarımız aydındır – təcavüzkarı bütün vasitələrlə cəzalandıracağıq. Bizə zorla qəbul etdirilən heç bir sülhü qəbul etməyəcəyik”, – deyə İranın müdafiə naziri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru