Azad Suriya Ordusu Rusiyaya əməkdaşlıq təklif etdi

25-10-2015, 22:58           
Azad Suriya Ordusu Rusiyaya əməkdaşlıq təklif etdi
Bəşər Əsəd rejiminə qarşı əsas dünyəvi müxalifət kimi tanınan Azad Suriya Ordusu (ASO) Moskvaya ölkədəki situasiyanın normallaşdırılmasına dair Qahirədə danışıqlara başlamağı təklif edib.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ASO-nun qurucularından biri, “Suriya Milli Xilas Qrupu”nun koordinatoru Fəxd əl-Masri bildirib.

“ASO Rusiya ilə dialoqa hazırdır. Bizə yeni görüşün təşkili lazımdır ki, öz mövqeyimizi ortaya qoyaq və birgə hərəkətlərimizi müzakirə edək... Rusiyanın bizə hansı köməyi göstərə biləcəyini danışıqların gedişində işləyib ortaya qoya bilərik” – deyib əl-Masri.

Onun sözlərinə görə, müxalifət danışıqlara yüksək çinli təmsilçilərdən ibarət nümayəndə heyəti göndərməyə hazırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.