Livanın təhlükəsizlik qüvvələri Səudiyyə şahzadəsi Əbdül Möhsün bin Valid bon Əbdül Əzizi bu gün Beyrut aeroportunda saxlayıblar.
Virtualaz.org saytı Qərb mətbuatına istinadən xəbər verir ki, “əl-Mayadin” telekanalı baxış zamanı şahzadənin yükünün arasında böyük miqdarda narkotik çıxması haqda məlumat yayıb.
İlkin məlumata görə, narkotikin çəkisi 2 ton olub. Yük 40 qutuya qablaşdırılıbmış. Narkotikin (onun nə olduğu açıqlanmır) hamısı müsadirə olunub. Şahzadə Beyrutdan vətəninə şəxsi təyyarəsində uçarkən saxlanılıb.