"5 ildir ruslara qarşı döyüşürük" - Türkmən komandir

28-10-2015, 22:40           
"5 ildir ruslara qarşı döyüşürük" - Türkmən komandir
Suriyanın türkmənlər yaşayan Bayırbucaq bölgəsində Əsədə qarşı mübarizə aparan Sultan Əbdülhəmid Xan briqadasının komandiri mətbuata mühüm açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Sultan Əbdülhəmid Xan briqadasının komandiri Ömər Abdullah rusların bu gün ortaya çıxmadığını, 5 ildir ruslara qarşı mübarizə apardıqlarını söyləyib.
Rusların Əsədə açıq olaraq dəstək verməsinin heç bir şeyi dəyişmədiyini vurğulayan Abdullah sözlərinə belə davam edib:

"Biz 50 ildir ki, Bayırbucağı qoruyuruq və qorumağa da davam edəcəyik. Bu torpaqlar bizə əcdadımızdan qalıb. Türkmənlər olaraq, əlli ildir onsuz da təzyiq altında idik. Heç usanmadan qanımızın son damlasına qədər mübarizəmizi davam etdirəcəyik."

O həmçinin 30 sentyabrdan bu yana hücumların müxtəlif silahlarla həyata keçirildiyini və bir çox hallarda mülki vətəndaşların həlak olduğunu bildirib.

"Rusiya, İŞİD-i vurmaq bəhanəsi ilə gəlmişdi. Amma daha çox mülki vətəndaşları vurur. Burada nə İŞİD var nə də başqa qruplaşma. Ruslar bu torpaqlara yeni gəlməyib. Təxminən 5 ildir təkcə Əsədlə deyil, Rusiya, İran və Livandan gələn qüvvələrə qarşı mübarizə aparırıq."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.